Taleh Qaraşovu da vəzifədən azad edib, barəsində cinayət işi qaldırmaq lazımdır…

OXUNUB: 467 Özəl GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Məhəmmədəli Qəribli iddia irəli sürüb: "Lənkəran İcra Hakimiyyətinin Rəsilə  adlı xanım müavini 9-ci sinif şagirdi olan qızı  sürücüsü vasitəsilə gətirib evində döydüyünə görə bu gün işdən azad edildi və barəsində cinayət işi başlandı. 

Əminliklə demək olar ki, xanım müavinin cinayətləri yalnız şagird döyməkdən ibarət olmayıb. Sadəcə, bu məsələ sosial şəbəkələr vasitəsilə geniş ictimailəşdiyi üçün , Rəsilə Arifqızı ilə bağlı bu qərarlar verildi. Əslində, Lənkəranın icra başçısı Taleh Qaraşovla bağlı da anoloji qərarlar verilməliydi. Siz elə bilirsiniz ki, Taleh Qaraşov bu müavinini tanımayıb, onun etdiyi cinayətlərdən xəbərsiz olub? 

Bir müddət əvvəl vaxtilə həmin icra hakimiyyətində işləyib sonra vəzifəsindən azad edilən bir nəfər bu xanımın əməllərindən elə şeylər danışdı ki, onların nəinki yazılması, hətta dilə gətirilməsi belə təhlükəlidir. 

Qısası onu deyə bilərəm ki, bu adamdan ən bərk qorxan elə Taleh Qaraşovun özü olub. Yəqin ki, hansısa amillərə görə,  gözü kölgəli olub.

Bax, bütün bunlara görə, elə Taleh Qaraşovu da Rəsilənin yanına göndərmək lazımdır. Bu, nə idarəetmədir? Bəs , əlaqədar qurumlar hara baxır? Belə çıxır ki, kimsə qurban getməlidir ki, ölkə rəhbərliyi və ictimaiyyət rayondakı harın məmurların törətdikləri cinayətlərdən xəbərdar olsun? Bu azğın hərəkətlərin hamısı  harınlıqdan baş verir. O qədər haram pul yığırlar ki, gözlərini qan örtür…"
7NEWS.az

RƏYLƏR