Taliban su anbarına hücum etdi: 10 polis öldürüldü

OXUNUB: 697 DÜNYA

Taliban terror qruplaşması Əfqanıstanın qərbində Herat şəhərində Səlma anbarının təhlükəsizliyini təmin edən polislərə silahlı hücum təşkil edib.

Bu haqda məlumatı Herat valisinin sözçüsü Ceyrani Fərhad verib.

Hücum zamanı 10 polis həlak olub, 1 polis yaralanıb. Fərhad qarşıdurmada 4 terrorçunun da öldürüldüyünü deyib.

Qeyd edək ki, Hindistanın köməyilə inşa olunan Səlma anbarı keçən il fəaliyyətə başlayıb./axar
 
İcmal.Az

RƏYLƏR