Tanınmış müğənni bacısının əri tərəfindən güllələndi

OXUNUB: 754 ŞOU-BİZNES
Hindistanlı müğənni Harşita Dahiya güllələnib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, onun kim tərəfindən öldürüldüyü məlum deyil.

Yerli polisin verdiyi məlumata əsasən, 22 yaşlı ifaçı konsertindən qayıdarkən maşınını yolda iki naməlum şəxs saxladıb. Sürücü və iki assistantı avtomobildəb düşürən şəxslər Dahiyaya 7 dəfə atəş açıblar. Harşita başından və boyundan aldığı güllə yaraları nəticəsində hadisə yerində dünyasını dəyişib.

Mərhumun bacısı Lata Dahiyanın onun əri tərəfindən öldürüldüyünü iddia edir. 

Qeyd edək ki, bir müddət öncə sənətçi bacısının ərini təcavüzdə günahlandırmış və onun həbs olunmasını tələb
etmişdi./Axşam.az
 
 
İcmal.Az

RƏYLƏR