Tanınmış telejurnalist bələdiyyə üzvü SEÇİLDİ

OXUNUB: 1591 index-manşet AZƏRBAYCAN SİYASƏT
Tanınmış telejurnalist, politoloq,  I Qarabağ savaşının veteranı Nadir Şəfiyev də bələdiyyə seçkilərində uğura nail olub.

İCMAL.az xəbər verir ki, Nadir Şəfiyev İsmayıllı rayonunun Basqal kəndində seçicilərin etimadını qazanıb.

Telejurnalistin oğlu Allahverdi Şəfiyev bildirib ki, atası bələdiyyə seçkisinə Yeni Azərbaycan Partiyasının namizədi kimi qatılıb. Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamasına görə, N.Şəfiyev bölgədə seçiçilərin ən çox etimadını qazanmış namizəddir.

Nadir Şəfiyev 1960-cı il fevralın 22-də  anadan olub. Bakıdakı 212 saylı orta məktəbi bitirdikdən sonra Sovet ordusunda xidmət edib. 1985-ci ildə Bakı Yerli Sənaye texnikumunu və 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politoloqiya İnstitutunu fərqlənmə ilə bitirib. 1993-cü ildən Azərbaycan Dövlət Televiziyasında işləyib. Ştatdankənar müxbir vəzifəsindən başlayaraq, redaktor, böyük redaktor, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb. "Sara" müstəqil teleradio şirkətində xəbərlər departamentinin qucusu və direktoru olub. İctimai radionun Xəbərlər və analitik proqramlar departamentinə rəhbərlik edib.
2006-2007-ci illərdə İTV-nin Rusiya Federasiyasındakı müxbir məntəqəsinin ilk müxbiri olub. 2013-2018-ci illərdə Tovuzda yayımlanan "Türkel” TV-nin, daha sonra ARB 24 kanalının icraçı direktoru vəzifəsində çalışıb.



RƏYLƏR