Tanınmış üzgüçü hovuzda öldü - FOTO

OXUNUB: 848 DÜNYA

Kuşadasındak bir dalğıc mərkəzində üzgüçülük müəllimi işləyən 34 yaşlı Serhat Arıkan evinin hovuzunda ürəyi dayanmış halda tapılıb.

Həkimlərin səylərinə baxmayaraq Arıkanın həyatını xilas etmək mümkün olmayıb.

Bədənində zərbə və bir yara izi olmadığı açıqlanan Arıkanın ölüm səbəbinin müəyyən edilməsi üçün cənazəsi yarılmağa göndərilib. Dalğıc camiəsində çox sevilən simalardan olan Serhat Arıkanın ölümü onu tanıyan hər kəsi kədərə boğub. 

 

Polis hadisəylə əlaqədar istintaqa başlayıb./milli

 

İcmal.Az

RƏYLƏR