Tanınmış yazardan "McDonald's"a: QANACAĞINIZ ANCAQ BUNA ÇATIR?

OXUNUB: 244 Özəl GÜNDƏM İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, bunu tanınmış yazar Tural Cəfərov "McDonald's"ın son tədbirinə etiraz edərkən deyib: "Hörmətli McDonald's Azerbaijan! Master-klass keçməsi üçün yazıçı tapmadınız ki, Bəhram Bağırzadəni dəvət etdiniz? Yoxsa, qanacağınız ancaq buna çatır? Şair lazım olanda meyxanaçı çağıracaqsınız?"
Məlumat üçün qeyd edək ki, 44 Günlük Vətən Savaşı zamanı da "McDonald's Azərbaycan" #QarabağAzərbaycandır başlıqlı paylaşım etmişdi. Qısa zamanda şirkət ermənilərin təzyiqinə görə paylaşımı silmişdir. Bu da cəmiyyətdə böyük etiraza səbəb oldu və insanlar ölkəmizdən milyonlar qazanan bu şirkətin atdığı addımı xalqımıza xəyanət və təhqir kimi dəyərləndirmişdi. 
7NEWS.az

RƏYLƏR