Tanışını bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxılıb

OXUNUB: 824 SOSİAL

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Rəşad Həsənov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rəşad Həsənov 2 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Hakim hökmü elan edən zaman bildirib ki, Rəşad Həsənov zərərçəkmişlə barışıb. Hökm zamanı Rəşad Həsənovun iki azyaşlı uşağının olması da yüngülləşdirici hal kimi qiymətləndirilib.

Qeyd edək ki, hadisə bu il Yeni Suraxanı qəsəbəsində baş verib. Gədəbəy rayon sakini Rəşad Həsənov tanışı Balaxanı sakini Akif Quliyevlə mübahisə edib. Tanışlar arasında mübahisə söyüşlə nəticələnib. Bu zaman Rəşad Həsənov bıçaqla Akif Quliyevi bıçaqlayıb.

Suraxanı Polis İdarəsinin əməkdaşı tərəfindən Rəşad Həsənov həbs edilib./apa

İcmal.Az

RƏYLƏR