Tarixdə ilk dəfə iki qadın kosmonavt açıq fəzaya çıxıb

OXUNUB: 876 MARAQLI DÜNYA
Tarixdə ilk dəfə iki qadın - ABŞ kosmonavtları Kristina Kuk və Cessika Meir cümə günü Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq fəzaya çıxıb. İCMAL.az"interfax”a istinadla xəbər verir ki, bu barədə NASA-nın yaydığı məlumatda bildirilib. Qadın kosmonavtlar stansiyanın istismarını başa vurmuş detallarını – günəş batareyalarını dəyişəcəklər. Əməliyyatın ən azı 6 saat yarım davam edəcəyi gözlənilir. Qeyd edək ki, sözügedən batareyaların istismar müddəti 10 ildir. Xatırladaq ki, kosmosda yerləşdirilmiş BKS-da NASA-nın müxtəlif millətlərdən olan kosmonavtları növbəli şəkildə tədqiqatlar aparır.

RƏYLƏR