Tarixə topla səyahət: 2004/2005-ci illər mövsümü rəqəmlərlə

OXUNUB: 1443 İDMAN
"Tarixə topla səyahət" rubrikasına davam...
 
Bu dəfə 2004/2005-ci illər mövsümünə səyahət edəcəyik. Mövzumuz sayca 13-cü olan Azərbaycan çempionatıdır.  

Həmin mövsüm Yüksək dəstədə 18 komanda çempionluq uğrunda mübarizə aparıb. 

Çempionatın reqlamentinə əsasən, 18 klub dairəvi sistemlə mübarizəyə başlayıb. Bu komandalardan 3-ü – "Gənclərbirliyi”, "Göyəzən”, "Karat” aşağı dəstədən gəlib, "Xəzər-Lənkəran”, "Karvan”, "MKT-Araz” güzəştlə birbaşa qoşulub. "Dinamo” "Bakı”, "Xəzər Universiteti” "İnter”, "Qarabağ-Azərsun” isə yenidən "Qarabağ” olub. "Kəpəz” mövsümün ortasında "Gəncə” olub. "Şəfa” I dövrədən sonra dağıldığı üçün nəticələri saxlanılıb və rəqiblərinə texniki qələbə verilib. 4 komanda aşağı dəstəyə düşməli idi. Lakin sonda MOİK saxlanılıb. Əvəzində mövsüm bitən kimi "Karat” və "Şəmkir” dağılıb. Çempionu müəyyənləşdirmək üçün eyni xal toplayan 2 komanda arasında neytral meydanda "Qızıl oyun" keçirilib.

2004/2005-ci illər mövsümündə Azərbaycan çempionu adını "Neftçi" klubu qazanıb. 34 turdan sonra "Neftçi" və "Xəzər Lənkəran" klubları hərəyə 78 xal toplayıblar. Qalib iki komanda arasında keçirilən "Qızıl oyun"dan sonra müəyyənləşib. Gəncədə keçirilən görüşdə paytaxt komandası 2:1 hesabı ilə qalib gələrək çempionluğu bayram ediblər. 76 xalı olan Yevlaxın "Karvan" komandası isə bürünc medalın sahibi olub.
  


Çempionatın ən sərrast futbolçusu Zaur Ramazanov ("Karvan") seçilib. O, 26 oyunda 21 qola imza atıb. 



2004/2005-ci illər mövsümündə Azərbaycan kubokunu "Bakı" komandası qazanıb. Paytaxt təmsilçisi finalda digər Bakı klubu "İnter" ilə qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn "Bakı" ölkə kubokuna sahib olub. 
 

İcmal.Az

RƏYLƏR