Tarkanın Kamal Sunal sözləri HAMINI DUYĞULANDIRDI

OXUNUB: 47 ŞOU-BİZNES
Türkiyəli jurnalist Cəmilə Bayraqdarın Kamal Sunalın filmləri haqqındakı sözlərinə meqa ulduz Tarkan biganə qala bilməyib.

Jurnalist Kamal Sunal filmləri üçün "Bu, ölkədə insanların zehninə edilmiş böyük bir pislikdir. Bu filmlər rəsmən insanın zəkası üçün təhqirdir", - deyə söyləyib. Kemal Sunalın müdafiəsinə qalxan meqa ulduz jurnalistin sözlərinə instaqraqmda cavab verib:

"Sən üzülmə, sevgili Kamal Sunal. Bizə söykədiyin kürəyin heç vaxt yerə dəyməz. Sənin arxanda səni çox sevən bir millət var. İcazə vermərik ki, adını və sənə olan məhəbbətimizi kimsə ləkələsin. Çünki qəlbimizdə qoyduğun məhəbbət dolu izləri unutmamışıq. Sənə edilən hər bir pis söz səni qəlbimizdə daha da ucaldır və daha dəyərli edir. Sən üzülmə, rahat ol, canımız Kamal Sunal..."

İcmal.Az

RƏYLƏR