Tayland qana boyandı — 5 hərbçi həlak oldu

OXUNUB: 1018 DÜNYA
Taylandda dəhşətli partlayış baş verib.


insident nəticəsində 5 hərbçi həlak olub, dördü isə yaralanıb.

İnsident ölkənin cənubundakı Pattani vilayətində baş verib. Hərbçiləri daşıyan avtomobilə quraşdırılmış bomba işə düşüb.
 
İstintaqın ilkin versiyasına görə hücum cənub əyalətində fəaliyyət göstərən islamçı qruplaşma tərəfindən həyata keçirilə bilər.
 
Qeyd edək ki, Taylandın cənubunda Pattani, Yala və Naratxivat vilayətlərində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib. 11 ildən çoxdur ki, ölkədə müstəqil sultanlıq yaratmağa çalışan separatçı qüvvələr hökumətlə partizan müharibəsi aparır./olke.az

 İcmal.Az

RƏYLƏR