Taylandda keçmiş baş naziri ölkədən kim qaçırıb? - Polkovnik saxlanıldı

OXUNUB: 716 DÜNYA

Taylandda polis polkovniki ölkənin keçmiş baş naziri Yinqlak Çinavatın ölkədən qaçmasını təşkil etməkdə və həyata keçirməkdə şübhəli bilinərək saxlanılıb. Bu barədə ölkənin Üçüncü Milli Teleknalı xəbər yayıb.

Qeyd edək ki, keçmiş baş nazirin barəsində vəzifə səlahiyyətlərinin yerinə yetirilməsində yol verdiyi nöqsanlara görə cinayət işi açılıb.

Polis həmçinin Çinavatın qaçdığı ehtimal olunan avtomobili də aşkar edib. İstintaq bildirir ki, həmin avtomobilin sükanı arxasında həmin polis polkovniki olub.

İcmal.Az

RƏYLƏR