Tbilisidə yaşayış binasında partlayış baş verib, yaralılar var

OXUNUB: 589 DÜNYA
Tbilisinin Quramişvili küçəsində yerləşən yaşayış binasında güclü partlayış baş verib. İCMAL.az-ın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, partlayış səhər saatlarında, binanın 4-cü mərtəbəsində qeydə alınıb. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb, hazırda onların sayı müəyyənləşdirilir. Binanın sakinləri təxliyə ediliblər. Partlayışın təbii qaz sızıntısından baş verdiyi ehtimal olunur. Hadisə nəticəsində binanın həyətindəki avtomobillərə də zərər dəyib. Əraziyə polis və xilasedicilər cəlb edilib.

RƏYLƏR