Təbii qaz və elektrik enerjisinin qiymətləri - Bizdə və Avropada

OXUNUB: 809 İQTİSADİYYAT

Avropa Statistika Ofisinin məlumatına görə, 2017-ci ilin ilk yarısında Avropa Birliyində  100 kubmetr təbii qazın qiyməti 5,8 avro təşkil edib.

İcmal.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyədə bu rəqəm 2,6 avro təşkil edir. Avropada ən bahalı təbii qaz satışı İsveçdən həyata keçirilir. Bu ölkənin vətəndaşları təbii qazdan istifadədə 12,1 avro ödəyirlər. Danimarkada bu rəqəm  8,1 avro, Portuqaliyada 7,7 avro, Hollandiyada 7,6 avro təşkil edir. 

Almaniyada 100 kubmetr təbii qaza 6,1, Fransada, Böyük Britaniyada 4,7, İspaniyada isə 6,7 avro ödənilir.

Elektrik enerjisinə gəlincə, AB-də orta hesabla 20,4 avro ödənilir. Bolqarıstanda 100 kilovat saat elektrik enerjisinin dəyəri  9,6 avro, Litvada 11,2 avro, Macarıstanda 11,3 avro, Xorvatiya və Rumıniyada isə 12 avrodur. 

Qeyd edək ki, Azərbaycanda 1 kilovat saat elektrik enerjisinin topdansatış  tarifi  7 qəpik müəyyən edilib. Bu da 100 kilovat saat elektrik enerjisinin dəyərinin 7 manat – 3, 4713 avro olması deməkdir. Təbii qazın 1 kubmetrinin dəyəri 10 qəpik təşkil edir. Beləliklə, 100 kubmetr təbii qazın istifadəsi 10 manata – 4,959 avroya bərabərdir.

İcmal.Az

RƏYLƏR