Təcavüzün qarşısını alacaq cihaz ixtira olunub - ARAŞDIRMA

OXUNUB: 739 MARAQLI
Araşdırmalara görə, Türkiyədə hər 4 saatda bir qadın təcavüzə məruz qalır. ABŞ-da isə 98 saniyədə bir cinsi zorakılıq hadisəsi baş verir. Bu vəziyyətin qarşısını almaq üçün MİT MediaLab-ın professoru Manişa Mohan cihaz kəşf edib.

"İnterpid” adındakı cihaz çox kiçik ölçüdədir. Onu kiminsə görməsi demək olar ki, mümkünsüzdür.

Cihaz taxıldığı yerdəki ərazini qeyd edir və bunun xaricində hər hansı bir hərəkət görsə, təhlükə olaraq qeyd edir. Yəni, əgər siz "interpid”i büstqalterinizə taxsanız, cihaz büstqalterinizi necə çıxardığınızı öyrənir və bunun xaricindəki hər şeyi təhlükə hesab edir.

Cihaz zorakılıq tətbiq edildiyində "Bluetooth” vasitəsi ilə sahibinin cib telefonuna siqnal göndərir. Əgər istifadəçi hər şeyin yolunda olduğunu təsdiq etməsə, sistem öncədən qeyd edilmiş 5 nömrəyə başınızın dərddə olduğu barədə mesaj göndərəcək.

Bu cihaz sadəcə cinsi təcavüzə məruz qalanlar üçün deyil!

Cihazdan şiddətə məruz qalan qocalar, uşaqlar və fiziki məhdudiyyətli şəxslər də istifadə edə biləcək./metbuat
 
İcmal.Az

RƏYLƏR