TƏCILI: Atatürkün Anıtkabiri yaxınlığında YANĞIN - Fotolar

OXUNUB: 1092 DÜNYA HADİSƏ

Türkiyənin paytaxtı Ankaranın mərkəzi məhəllələrindən birində yanğın başlayıb.

 Atatürk Movzoleyinin - Anıtkabirin yaxınlığında baş verən yağın tikinti sahəsindən başlayıb. İlkin məlumata görə, qaynaq aparatından çıxan qığılcımlar bir anda ərazidə böyük yanğına səbəb olub. Şəhərin bir çox yerindən görünən və çaxnaşmaya səbəb olan alovların nəzarətə götürülməsi üçün yanğınsöndürənlər səfərbər olunub.

İşçilərin müdaxiləsinə baxmayaraq yanğın birdən -birə böyüyüb. Göyə qalxan qara tüstü şəhərin bir çox yerindən görünüb. Bölgəyə xilasetmə, tibb və polis qrupları sövq edilib. Yanğında tüstüdən təsirlənən iki inşaat işçisinə təcili yardıma edilib. Yanğın nəticəsində xəstəxana binasının xarici hissəsinə və tikinti sahəsinə ziyan dəyib./Turkustan.az

RƏYLƏR