Təhsil Nazirliyi də qalmaqallı şirkəti “sevindirdi”

OXUNUB: 173 Özəl GÜNDƏM İQTİSADİYYAT

Təhsil Nazirliyinin 8 saylı Maliyyə Hesablama Mərkəzi odun yanacağının satın alınması müsabiqəsinə yekun vurub.

Valyuta.Az xəbər verir ki, məbləği 289 min 100 manat olan tenderi adı qalmaqallarda hallanan "Sevinc -96” MMC "qazanıb”.

Müsabiqənin şərtlərinə görə, MMC Hesablama Mərkəzinə 4900 m(3) odun satacaq.

Qeyd edək ki, adıçəkilən şirkət 2020-ci ilin noyabrında MMC statusu alıb. 

Şirkətin qanuni təmsilçisi Yusuf Camal oğlu Haciyev olsa da, MMC-nin əslində Salyanda Hacı Qurban kimi tanınan Qurban Abbasov adlı iş adamına məxsusdur. Qurban Abbasovun şirkətləri davamlı olaraq dövlət satınalmalarında qalib gəlir…

RƏYLƏR