Təhsil Nazirliyi koronavirus imtahanından kəsildi – Ceyhun Bayramov adi problemi də həll etmək istəmədi

OXUNUB: 887 GÜNDƏM Özəl
Yaxud o boyda Təhsil Nazirliyi niyə normal distant dərs təşkil edə bilmir?

Məlum olduğu kimi, bu ilin martın 3-dən ölkənin təhsil ocaqlarında dərslər dayandırıldı. Novruz bayramı tətili də üstünə gələndə şagird və tələbələrin "koronavirus tətili” xeyli uzandı. "Əsas uşaqların sağlamlığıdır”, "Dərslər bir neçə ay olmasa dünay dağılası deyil” kimi o qədər də əsassız olmayan fikirlərə dayanaraq uşaqlarımızın gələcəyi üçün narahatçılıq keçirməmək də olar. Amma dünyanın digər ölkələrində müvafiq qurumların və həmin qurumlar qədər də gələcəyimiz üçün ağır məsuliyyət daşıyan məmurların həddindən artıq etinasızlığı, bu tətildən istifadə edib istirahət etməsi adamı yazmağa vadar edir.

Əvvəlcə qeyd edim ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycandada da bütün ailələri maraqlandıran iki-üç müvafiq qurumlardan biri səhiyyə nazirliyi, digəri təhsil nazirliyidir. AzToday.az xəbər verir ki, buna görə də ölkədə hər hansı fors-major, fövqəladə hal baş verəndə çox vaxt diqqət mütləq bu iki nazirliyinin fəaliyyətinə dikilir. TƏBİB-in fəaliyyətinə əngəl olmaq istəyən Səhiyyə Nazirliyi haqda yazmışdıq. Ümumbəşəri bəla olan koronavirusun ölkəmizə yaxınlaşdığı halda seyrçi mövqeyi tutan, buna görə də sosial şəbəkələrdə şayiələrin yaranmasına şərait yaradan Təhsil naziri Ceyhun Bayramov nədənsə sonra dərslərin dayandırılmasını öz adına çıxmaq istəyirdi.

Amma sonradan mediada yayılan xəbərlədə iddia olunurdu ki, Təhsil Nazirliyinin rəhbərliyi ən azından 8 Mart bayramını yola verdikdən sonra dərsləri dayandırmaq üçün xeyli müqavimət göstərib. Sadəcə cəmiyyətdən gələn çağırış və tələblər, yaxınlaşan təhlükənin təhlili nəticəsində Nazirlər Kabineti yanında Operativ Qərargah belə bir qərar qəbul etməsinə gətirib çıxarıb. Əlbəttə ki, bu qərar vaxtında, hətta deyərdim ki, bir qədər gecikmiş qərar idi.

Bu təşəbbüsün nazirdən gəlməsi məsələsinə gəlincə, sual olunur: həmin vaxta qədər qonşu ölkələrdə məktəblərin bağlanması qərarı qəbul edildiyi halda Ceyhun Bayramov bu məsələ barədə niyə susurdu? Belə bir təşəbbüsü gündəmə gətirməkdənsə, onun rəhbərlik etdiyi Nazirlik yatmışdı fil qulağında. Digər tərəfdən, orta məktəb şagirdlərinin az qala yarısınını valideynləri artıq ehtiyat edərək özbaşına uşaqlarını məktəbə göndərmədiyi hallarına heç bir reaksiya yox idi. Bundan əlavə, hər bir ailə ilə əlaqəli olan təhsil ocaqlarında şənbə-bazar günlərində belə elə bir ciddi qaabqlayıcı və profilaktik tədbirər görülmürdü.

Vəziyyət ciddiləşəndən sonra Nazirlər Kabineti yanında Operativ Qərargah səlahiyyətlərinə aid qərarı az qala öz adına çıxan Ceyhun Bayramovun sonrakı addımları da əvvəlkilər kimi effektsiz və yarıtmaz olduğu göz önündədir. Belə ki, elə bil Təhsil Nazirliyi məktəblər və digər təhsil ocaqlarının fəaliyyətini dayandırması ilə bunlar işlərini bitmiş hesab etdilər. Deyəcəksiniz ki, bəzi ali təhsil ocaqlarında distant təhsil metodu ilə müəllimlər dərs keçirlər, hətta AZTV-nin "Mədəniyyət” kanalı ilə birgə Təhsil Nazirliyi orta məktəblərin şagirdləri üçün hər gün dərslər təşkil edir.

Birmənalı şəkildə demək olar ki, son illərdə Təhsil Nazirliyinin yeni rəhbərliyinin səyi ilə təhsilimizin "baş-ayaq” duruma salınması kimi primitiv olan həmin dərslərin də effekti sıfra yaxın səviyyələrdədir. Texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə interaktiv şəkildə aparılmayan bu dərslər, yəni uşaqlarla birbaşa əlaqədə təşkil olunmayan təhsil metodu ilə hansasa nailiyyət əldə edilməsi qeyri-mümkündür. Bunu təhsilimizin başında dayananlar başa düşmürlərsə, sadə valideyn, hələ məktəbə möhtac olan uşaqlar haradan anlasın.

Digər bir sual, bəs hansı təhsil Nazirliyinin "Təhsil TV”si? Hər il ölkə büdcəsinin böyük bir hissəsi ayrılan Təhsil Nazirliyi niyə "Mədəniyyət” kanalına möhtac qalmalıdır? "Təhsil TV”ni kimisə reklam üçün yaratmasaydınız, yəqin ki, indiki halda genişmiqyaslı tədbirlər görmək səviyyəsində fəaliyyət göstərə bilərdi.

Təhsil Nazirliyinin özünün kənara çəkməsi ilə bağlı başqa bir məsələ "Güzəştli təhsil qaydaları” adı altında Baş Nazirin qərarı kimi paylaşılan məlumatla bağlıdır. Məlumat yayılan kimi, Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ayrı-ayrı qruplarda yayılan məlumatlar yanlışdır. Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumatda bildirilirdi ki, Azərbaycan ərazisində məktəb və məktəb tipli təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesində müəllimlərin Təhsil Nazirliyi tərəfindən təmin olunacaq internet xidmətləri vasitəsilə "Distant təhsil” prosesində aktiv iştirak etmələri təmin olunmalı, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində təhsil alan tələbələrə cari təhsil ili üzrə tədris olunan fənlər barəsində maksimum dərəcədə güzəşt edilməli və onlar həmin fənlərdən maksimum göstərici ilə qiymətləndirilməlidir.

Əslində burada qəbahətli heç nə yoxdur. İndiki yaranmış vəziyyətdə Təhsil Nazilriyinin görməli ən optimal yol göstərilir. Məktəblərin bağlanması kimi, bu da cəmiyyətdən gələn sifariş kimi qəbul olunmalıdır. Amma nazirlikdə vəzifəyə gəldikdən sonra qiyabi təhsilə və bütün dünyada qəbul olunan distant təhsilə "savaş” açan Ceyhun Bayramovu normal distant təhsil təşkil etmək o qədər də maraqlandırmır. Yaxud da, deyəsən Təhsil naziri "koronavirus tətili”ndən çıxmamaq üçün onun üçün əlavə iş aça biləcək əlavə tədbirlərə baş qoşmaq istəmir. Yəqin ona görədir ki, koronavirusu bəhanə edərək tələm-tələsik Təhsil Nazirliyindəki bütün qəbulları dayandırmaq haqqında da qərar qəbul edib./AzToday.az

RƏYLƏR