Təhsil Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib

OXUNUB: 315 SOSİAL

Dekabrın 9-da Təhsil Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib.

 

İclasda Təhsil Nazirliyi yanında İctimai Şuraya yeni sədr seçilib. Belə ki, "Vətəndaş” Tədqiqat və inkişaf İctimai Birliyinin rəhbəri Günel Səfərova şuranın sədri seçilib.

 

İctimai Şuranın sədr müavini vəzifəsinə "Qarabağa dönüş” İctimai Birliyinin namizədi Gülməmməd Məmmədov, katibi vəzifəsinə isə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının namizədi Rüfət Əsədzadə seçilib. Qeyd edək ki, 23 noyabr 2021-ci il tarixində Təhsil Nazirliyi yanında İctimai Şuraya keçirilmiş birinci seçkilər zamanı səsvermə nəticəsində seçicilərin yarısından çoxunun səslərini toplayan 5 nəfər üzv seçilib, digər 4 üzvün müəyyənləşdirilməsi üçün isə noyabrın 26-da təkrar seçkilər təşkil edilib.

 

Hər iki seçkinin nəticələrinə əsasən, "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyəti” İctimai Birliyinin namizədi İlqar Orucov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin namizədi Mirzə Cəfərzadə, "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin namizədi Günel Səfərova, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının namizədi Rüfət Əsədzadə, "XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin namizədi Etibar Əliyev, "Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin namizədi Məleykə Əlizadə, "Qarabağa dönüş” İctimai Birliyinin namizədi Gülməmməd Məmmədov, "Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının namizədi Fuad Məmmədov və "YUVA” Humanitar Mərkəzinin namizədi Pərvanə Məmmədova Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv seçiliblər.

 

Qeyd edək ki, Şuranın təşkilində əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir.

RƏYLƏR