Təhsil Nazirliyindən 20 nömrəli məktəblə bağlı - Açıqlama

OXUNUB: 771 SOSİAL

Təhsil Nazirliyi 20 nömrəli tam orta məktəb-liseylə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İcmal.Az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə məsələyə münasibət bildirib.

O qeyd edib ki, Azərbaycanın ən böyük məktəblərindən biri olan 20 nömrəli 4000 şagird yerlik tam orta məktəbin tikintisi başa çatmaq üzrədir:

"Cənab prezidentin tapşırığına əsasən bu məktəb əvvəlkindən daha böyük və daha geniş inşa edilib və paytaxtımızın ən yaraşıqlı binalarından biri olacaqdır. Yeni tədris ilindən bu məktəbdə müəllim və şagirdlər dərsə başlayacaqlar. Məktəbin ən müasir avadanlıqlarla təchiz olunmuş funksional binası tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir. 

Bütün bunlarla yanaşı, bir çox sosial şəbəkə istifadəçiləri və media qurumları yanlış məlumatlar yayırlar ki, guya 20 nömrəli məktəbin şagird və müəllimləri növbəti tədris ilindən yeni tikilən məktəbin binasında dərsə başlamayacaqlar. Bu məlumat tamamilə yanlışdır. Həmin məktəbin müəllim və şagirdləri yeni tədris ilindən 20 nömrəli tam orta məktəbdə fəaliyyətlərini davam etdirəcəklər".

İcmal.Az

 

RƏYLƏR