Təhsil Nazirliyindən MÜHÜM AÇIQLAMA

OXUNUB: 805 SOSİAL

2020-2021-ci dərs ili üçün birinci sinfə qəbul qaydalarına əsasən valideynin hansı halda elektron sorğusunu ləğv edib başqa məktəb seçməsi imkanı müəyyənləşib.

 

Təhsil Nazirliyindən İcmal.az-a bildirilib ki, valideyn şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri məktəbə təqdim edib, məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa məktəb seçmək olar.

RƏYLƏR