Təhsil Nazirliyinin seçki oyunu və ya QHT-lərin seçmədiyi İctimai Şura

OXUNUB: 56 HADİSƏ

Cəsarət Hüseynzadə
"İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri

Son günlər vətəndaş cəmiyyəti sektorunun əsas gündəmində olan məsələlərdən biri də Təhsil Nazirliyi yanında İctimai Şuraya keçirilən seçkilərdir.

Əlbəttə, bu seçkidə nə namizəd kimi, nə də ki, nümayəndə kimi iştirak etməmişəm.

Belə deyək ki, prosesdə maraqlı tərəf deyiləm. Bütün hallarda vətəndaş cəmiyyəti nümayəndəsi olaraq, baş verən hadisələr məndə ciddi narahatçılıqlar yaradıb.

 

İlk öncə onu qeyd edib ki, Cənab Prezident İlham Əliyevin ictimai nəzarətə verdiyi yüksək qiymətin təzahürü olaraq, vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında rolunun artırılması üçün müxtəlif qanunvericilik aktları qəbul olunub. Cənab Prezident tərəfindən 22 noyabr 2013-cü il tarixində belə qanunlardan biri "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının qanunun imzalanıb.


Qanunda ictimai iştirakçılığın müxtəlif formaları ilə bağlı müddəalar var. Bu formalardan biri kimi də mərkəzi və yerli icra hakimiyyətləri orqanları yanında İctimai Şuraların yaradılması göstərilir.

Qanunun bu hissəsinin tətbiqinin hüquqi bazasını yaratmaq üçün Nazirlər Kabineti tərəfindən 30 may 2014-cü il tarixində "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilmişdir.

Bir sözlə, İctimai Şuraların təşkil olunması qeyd olunan əsasnaməyə uyğun aparılmalıdır.

Qanunun 2014-cü il iyunun 1-dən qüvvəyə minməsinə baxmayaraq, Təhsil Nazirliyi ötən 5 il müddətinə qanun icrasını təmin etməmişdir.

 

Və nəhayət Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən Nazirlik İctimai Şura yaradılmasına start verib.

Bu prosesdə qanunvericiliyin tələblərinə zidd olaraq, İctimai şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi və səsvermədə iştirak edəcək VCT nümayəndələrinin iştirakının məhdudlaşdırlması ilə bağlı, çox ciddi məhdudlaşdırıcı baryerlər qoyulmuşdur.

Xüsusən seçkidə səs vermək üçün QHT nümayəndələrinin iştirakına yol verməməklə, nazirlik əslində öz istədiyi namizədlərin seçilməsinə şərait yaratmaq məqsədi güdmüşdür.

Faktiki olaraq, ölkənin əsas vətəndaş cəmiyyəti təşkilatları bu seçkilərdə iştirak etməkdən imtina etmişdir. Seçki günü çəkilmiş fotolar da əslində bunu sübut edir.

Qayıdaq qanunvericiliyin tələblərinə. Təhsil Nazirliyi qanunvericiliyin hansı müddəalarını pozaraq, bu seçkidə QHT-lərin iştirakını məhdudlaşdırmışdır.

 

Namizədlərin qeydiyyatlı ilə bağlı:

Nazirliyin yaydığı rəsmi tələbdə İctimai Şuraya üzv olmaq istəyən şəxs qeydiyyat üçün müraciət etdikdə aşağıdakı sənədləri notariat qaydasında təqdim etməlidir:

- namizədin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;

- namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;

- namizədin təhsil sahəsi üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlərin) notariat qaydasında təsdiq edilmiş surəti.

 

Halbuki "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”də açıq və aydın göstərilib ki,

Vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

2.11.1. şəxsiyyət vəsiqəsinin surətini;

2.11.3. namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini.

2.11.4. mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

Təqribi hesablamalara görə, namizəd bu sənədləri hazırlamaq üçün 20-25 manat xərc çəkməlidir.

 

Sual olunur, niyə?

Kimsə cavab verə bilər ki, İctimai Şuraya seçilmək istəyən şəxs 20-25 manat xərc də çəkə bilər.

Axı ictimai şura ictimai əsaslarla fəaliyyət göstərən bir qurumdur. Cəmiyyətimizin inkişafına xidmət etmək istəyən insanlar bu Şurada təmisl olunmadlır.

Biz İctimai-siyasi xadim, təhsil üzrə ekspert, dəyərli ziyalımız Şahlar Əsgərova deyirik ki, sən bizə pulsuz məsləhət verəcəksən, amma 20-25 manat da xərc çəkib bu sənədləri bizə təqdim etməlisən.

 

Çox gülməli məntiqdir. Elə deyilmi?

Namizədlərlə bağlı başqa bir narahat edici məqam ondan ibarədir ki, 34 namizədlərin böyük əksəriyyətinin (təqribən 17 nəfərin) hansı vətəndaş cəmiyyəti təşkilatını təmsil etməsi sual doğuru:

Axundov Cavid Nəriman oğlu - Dərs Evi -"UPC” MMC-nin Məhsul şöbəsinin müdiri
Cahangirov Asif Baxış oğlu - Təhsil eksperti
Əhmədov Turab Bahadur oğlu - Müasir Təhsil Kompleksinin müəllimi
Əsgərov Şahlar Qaçay oğlu - Təhsil eksperti, professor
Həsənov İlkin Oruc oğlu - "Təhsildə Araşdırma və İnkişaf Mərkəzi”nin direktoru
Hüseynov Hüseyn Cəlil oğlu - AMEA-nın Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin rəis müavini
İsrafilov Nadir Xudaverdi oğlu - Təhsil eksperti
Kazımzadə Elmina Mobil qızı - TEAS Press Nəşriyyat evi, təhsil üzrə məsləhətçi
Kərimli Kənan Hicran oğlu - AMS by EA MMC-nin direktoru, təlimçi
Məmmədov Gülməmməd Əbülfət oğlu - ADA Universitetində müəllim
Mikayılova Ülviyyə Tofiq qızı - Biologiya üzrə fəlsəfə doktoru
Mustafayev İlham Abdulla oğlu - İqtisadiyyat üzrə fəlsəfə doktoru
Seyidəliyev Yaşar Nəcməddin oğlu - BDU-nun SABAH qruplarında və Müasir Təhsil Kompleksində müəllim
Səfərova İradə Nəriman qızı - Ekspert, təlimçi
Şəmiyev Ruslan Əmrah oğlu - FHN-nin Akademiyasının Tədris şöbəsinin metodisti
Vəliyev Anar Məhəmməd oğlu - ADA Universitetində İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı
Yusubov Adil Hacıəhməd oğlu - Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində fiziki tərbiyə rəhbəri


Biz bu şəxslərin təhsil sahəsində bilik və bacarıqlarının heç bir şübhəmiz yoxdur. Sadəcə maraqlıdır ki, bu şəxslər hansı vətəndaş cəmiyyəti təşkilatlarını təmsil edir.

Halbuki, qanunvericiliyə görə namizədlərin irəli sürülməsi hüququ yalnız vətəndaş cəmiyyəti təşkilatlarına verilib.

Qoyulan sərt qadağalarla bağlı seçkilərdə iştirak etməyən QHT-lərin yerini isə Təhsil Nazirliyi müxtəlif, təlimçilər, akademiya müəllimləri və digər şəxslərlə doldurmağa çalışıb ki, rəqabət mühitinin olduğunu göstərsin.

 

Seçicilərin qeydiyyatı ilə bağlı:

Nazirliyin seçicilərlər bağlı tələbi daha sərt və mailiyə tutumludur.

- seçicinin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;

- vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;

- vətəndaş cəmiyyəti institutunun nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti.

Təqribi hesablamalara görə, hər hansı namizədi dəstəkləmək ilə bağlı bu sənədləri hazırlamaq üçün seçici 35-40 manat xərc çəkməlidir. Sual olunur niyə? Bu, Azərbaycanda və çox güman ki, dünyada səsvermə ilə bağlı ilk praktikadır.

 

 

Bəs ölkə qanunvericiliyinə görə bu prosedura necə olmalıdır?

Əsasnamədə çox aydın formada bu prosedura göstərilib:

3.2 Birgə yığıncaqda təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək, həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət etməlidirlər.

3.3. Seçki komissiyası vətəndaş cəmiyyəti institutlarının müraciəti əsasında birgə yığıncaqda iştirak edəcək təmsilçilərin qeydiyyatını aparır.

 

Bu qədər asan və sadə. Bəs sual olunur, Təhsil Nazirliyi bu baryerləri niyə yaradıb?

İctimai Şuraya seçilmək istəyən QHT nümayəndəsinin yuxarıda qeyd olunan məbləğdə xərc çəkib namizəd kimi qatılmaq ehtimalı var. Necə ki praktika da bunu göstərdi. Bir – iki aparıcı QHT nümayəndəsi şəxsi iradəsi ilə seçkiyə qatıldı.

Nazirlik istəmədiyi namizədləri dəstəksiz qoymaq üçün bu oyunu qurdu ki, QHT-lər səsvermədən kənarda qalsın.

Doğrudan da gülməli səslənir ki, QHT olaraq, kiməsə səs vermək üçün 35-40 manat sənədlərin təsdiqinə pul xərcləməlisən.

 

Maneələr bitmir...

Təhsil Nazirliyi qoyduğu maneələri aşan şəxslər olduğu təqdirdə nazirlik əlavə maneələr də yaratmaqdan çəkinməyib.

Nazirliyin öz yaydığı məlumatda qeyd olunur ki, İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Bu cür sərt qaydalara baxdıqda rəqəm cəlbedici səslənir.

Lakin bu şəxslərin təqribən 62 faizi seçkiyə buraxılıb. Beləki 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. Hətta bütün sənədləri təqdim edən və səsvermədə iştirak etmək istəyən şəxslərə müxtəlif qanunvericiliyin tələbinə zidd olan səbəblər göstərilərək iştirakına imkan verilməyib.

 

Seçki günü

Texniki baxımdan yüksək təşkil olunan seçki məkanı cəlbedici görsənsə də, zalda 3-4 tanınmış QHT rəhbəri olub. 20-30 il QHT sektorunda çalışan şəxslər orda olan seçiciləri tanımadıqlarını qeyd ediblər. Bu şəxslərin əsasən təhsil sektorunda çalışan şəxslər olduğunu deyənlər də oldu.

Nazirliyin yaydığı fotolardan aydın olur ki, səsvermədə təqribən 30 şəxs iştirak edib.


Təhsilin cəmiyyət üçün əhəmiyyətini düşündükdə və zalda əksəriyyətinin QHT sektoruna aid olmadığı ehtimal olunan 30 şəxsin seçdiyi İctimai Şuranın təhsilimizə neçə ictimai nəzarət edəcəyi də sual doğurur.

Doğurdanmı, iclasda iştirak edən Təhsil azirinin müavini, Seçki Komissiyasının sədri Firudin Qurbanov maraqlanmadı ki, ölkənin aparıcı QHT-ləri bu prosesdə niyə iştirak etmədi.

Bəzi müşahidəçilərin qeyd edib ki, iclas zamanı seçicilərə ciddi tapşırılıb ki, 11 nəfərin hər birinə səs verilsin. Halbuki, qanunvericiliyə görə, birgə yığıncaqda iştirak edən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri fəaliyyət göstərəcək ictimai şuranın üzvlərinin say həddinə uyğun və ya bundan az sayda namizədə səs verə bilərlər.

Bu tapşırığın səbəbi isə ondan ibarədir ki, əgər 11 nəfər 50% artıq səs toplamasa, qalan yerlər üzrə ikinci tur keçirilməldir. Bu isə əlavə problemlər deməkdir.

Seçki günü narahatlıq yaradan məqamlardan biri də olub ki, seçkidə iştirak edən şəxslərə səsvermək imkanı verilməyib. Bu da ciddi narazılıqla qarşılanıb.

Yekun olaraq 34 namizdə təqribən 30 nəfər səs verib. Bu rəqəmlər isə özü-özlüyündə çox mətləblərdən xəbər verir.

 

Nəticə

Çox maraqlıdır, nazirlik bu seçki ilə cəmiyyətə hansı mesajı vermək istəyir? Axı İctimai Şura Ekspertlər Şurası deyil ki, nazirlik özünün dediyi kimi, ölkənin 1 nömrəli təhsil ekspertlərini bu şuraya üzv etməyə çalışır.

Nazirliyin ölkənin 1 nömrəli təhsil ekspertlərinə ehtiyacı varsa, müxtəlif tenderlər (nazirlik bu işi gözəl bacarır) və yaxud xidməti müqavilələr vasitəsi ilə ehtiyaclarını ödəsin.

Narahatedici məqamlardan biri də odur ki, digər qurumlar da bu təcrübəyə müraciət edərək, İctimai Şuralar ilə bağlı ümidləri tamamilə məhv edə bilərlər.

Ümumən isə təklif edərdim ki, bu seçkiləri və ya proseduraları həyata keçirmək üçün müvafiq qurum yaradılsın və bu məsələlərə görə cavabdehlik daşısın.

RƏYLƏR