Təhsildə “Karyera Forumu”na start verilib - FOTOLAR

OXUNUB: 674 QHT
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfindən Təhsildə "Karyera Forumu”nun 22 fevral 2022-ci il tarixində icrasına başlanılıb.
 
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucala qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
Açılışda çıxış edən "Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Rüfət Qazızadə layihənin məqsəd və vəzifələri ilə bağlı iştirakçılara məlumat verib. 

Daha sonra gənclər forumun rəsmi spikerləri - Orxan Mahmudov, Zaur Cahangirov, Sənan Niyazi, Zərxanım Ağayeva, Ramid Ağayev və mövzuları ilə yaxından tanış olub, təlim mərhələləri ilə bağlı onları maraqlandıran suallara cavab tapıb.
Layihənin əsas məqsədi karyerasını planlamaqda çətinlik çəkən 100 gəncin yerli və xaricdə təhsil, karyera planlaması və şəxsi inkişaf məsələlərində maarifləndirilməsidir. Layihə çərçivəsində gənclər üçün:
Yerli formal təhsildə inkişaf meyilləri;
Beynəlxalq təhsilə çıxış imkanları və faydaları;
Mənim hazırki karyeram;
Şəxsi inkişafım hansı yerdədir? - adlı 4 fərqli istiqamətdə peşəkar təlimçilər tərəfindən təlimlər keçiriləcək.


RƏYLƏR