Təhsildə yenilik: "İctimai fəal məktəb” modeli formalaşdırılır

OXUNUB: 712 SOSİAL

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə” V Qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən "İctimai fəal məktəb modelinin formalaşdırılması” layihəsi Bakı şəhər Binəqədi rayonu  83 №-li məktəb-lisey tərəfindən icra olunmağa başlamışdır. 
Bu haqda layihənin PR xidmətindən "Azerforum"a məlumat verilib.

5 (beş) ay müddətində icra olunacaq layihənin əsas məqsədi ənənəvi idarəçilikdən fərqli olaraq ümumtəhsil məktəbinin demokratikləşməsini, məktəb və cəmiyyətin tərəfdaşlığının inkişaf etdirilməsini, könüllülük fəaliyyətinin genişlənməsini, müəllim və şagirdlərin ictimai fəallığını, liderlik qabiliyyətini inkişaf etdirməklə orta məktəblərdə sosial iştirakçılığı yüksəltməkdir. 
Layihənin digər məqsədi pilot olaraq Binəqədi rayonu 83 nömrəli məktəb-lisey və 2 digər orta məktəbin bazasında Bakı şəhərində 3 "İctimai fəal məktəb” modeli formalaşdırmaqla bu təhsil müəssisələrinin yerli sosial və icma problemlərin həllində aktiv iştirakını artırmaq və gələcəkdə ölkə üzrə bu tipli məktəblər şəbəkəsinin qurulması üçün fundamental baza yaratmaqdır.
İcra planına uyğun hazırlıq işlərinə başlanmış, layihənin facebook səhifəsi yaradılmış (https://www.facebook.com/%C4%B0ctimai-f%C9%99al-m%C9%99kt%C9%99b-modelinin-formala%C5%9Fd%C4%B1r%C4%B1lmas%C4%B1-layih%C9%99si-109077914859635/), layihə heyəti və könüllülər qrupu formalaşdırmış, keçiriləcək canlı təlimlərdə iştirak etmək üçün fəal müəllimlərin seçimi üçün onlayn qeydiyyat forumu (linki) və ərizə-anket yaradılmış, təlimçi və ekspert tərəfindən təlim və digər tədbirlərin proqram, modul, qiymətləndirmə və digər sənədlərin, o cümlədən, çap materiallarının hazırlanmasına başlanmışdır.
Layihənin icrasında peşəkar təlim almış müəllimlərin qiymətləndirilməsi aparılacaq, mövzulara uyğun əlavə məsləhətləşmələr təşkil olunacaq və "İctimai fəal məktəb”lərin pedaqoqları üçün praktik fəaliyyətlər təşkil olunacaqdır.
Eyni zamanda layihənin sosial media üzərindən geniş PR fəaliyyəti təşkil olunacaq, sosial şəbəkələrdə layihənin xüsusi səhifə və qrupu yaradılacaq təhsil işçilərinin fəallığı ilə mövzuya uyğun geniş təbliğat və maarifləndirmə kampaniyası aparılacaqdır.
Yekunda iştirakçılar sertifikatlarla təltif olunacaq və layihə davamlılığı istiqamətində "İctimai fəal məktəb”lər şəbəkəsinin formalaşması üçün gələcək fəaliyyətlərə yönələn addımlar atılacaqdır.  

RƏYLƏR