Tələbə Həmkarlar İttifaqı Komitəsi 5 gün ərzində 2051 nəfər tələbə ilə görüşdü.

OXUNUB: 179 SOSİAL
7News.Az xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi 1-ci kurs tələbələri ilə görüşlərə start verdi. Bu il yaranmasının 45-ci il dönümün qeyd edən BDU THİK yeniləşərək fərqli imic və yeni "Tələbənin sosial tərəfdaşı” sloqanı ilə fəaliyyət göstərməyə başlayıb. Sentyabrin 23-ü universitetin "Jurnalistika” və "Şərqşünaslıq” , 24-ü "Ekologiya və torpaqşünaslıq” və "Tarix” , 25-i "Filologiya” , "Kitabxanacılıq və İnformasiya” və "Kimya” , 26-sı "Biologiya” və "Fizika” 27-si "Coğrafiya” və " Hüquq " fakültələrinin tələbələri ilə görüş keçirilib. Ümumilikdə Bakı Dövlət Universiteti bakalavriat səviyyəsinə qəbul olan 5127 tələbədən 2051 nəfəri görüşdə iştirak edib. Universitetin əsas tədris binasının akt zalında baş tutan görüşlərdə BDU THİK sədri Nihad Allahyarlı , THİK-in sədr muavini Manaf Talıbov və fakültə tələbə həmkarlar ittifaqı rəhbərləri Həbibə Xudakişiyeva , İbrahim Babazadə ,Xavər Səlimli , Əli Babazadə , Nadir Rzazadə , Qüdsi Məlikov , Xəyalə Hüseynzadə , Xatun Kərimova , Əminə Bəylərova, Əkbər Əliyev və Rəvan Rəsulzadə iştirak ediblər. Görüşlər ənənə halına çevrilən dövlət himninin canlı ifası ilə başlamış, daha sonra sədr Nihad Allahyarlının Bakı Dövlət Universitetinə qəbul olan tələbələri təbrik edərək təşkilatın əsas fəaliyyəti və strukturu haqqında geniş məlumat verməsi ilə davam etmişdir. Görüşlərdə komitənin başlıca vəzifələri olan tələbələri ictimai işlərə cəlb edərək onların formalaşmasını təmin etmək, onların sosial problemlərinin həllinə dəstək göstərmək və müxtəlif sosial layihələrdə iştiraka təşfiq etmək kimi məsəllər xüsusi qeyd olunub, həmkar ailəsinin fəaliyyətini əks etdirən foto və videoçarxlar nümaiş etdirilib. Görüşlərdə həmçinin idman klubunun rəhbəri Akif Atakişiyev və mədəniyyət klubunun rəhbəri Bayram Məmmədov çıxış edərək rəhbərlik etdikləri klub və dərnəklər haqqında məlumat veriblər. Hər görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, 1-kurs tələbələri ilə görüş oktyabr ayının ilk həftəsinə qədər davam edəcək.
 

 
 
 
 
 
 
İcmal.Az

RƏYLƏR