Tələbələr sosial şəbəkədə tanış olduqları qızları evlərinə çağırdı, başlarına oyun açdılar - FOTOLAR

OXUNUB: 963 DÜNYA
Türkiyənin Trabzonda vilayətində evlərinə çağırdıqları qızları gözyaşardıcı qazla təsirsiz hala gətirən, sonra isə döyən və görüntüləri sosial şəbəkədə paylaşan universitet tələbələrinə hökm oxunub. 
 
Hadisə Konaklar Məhləsində yaşanıb. 3 tələbə qız evlərinə çağırdıqları qızlara olmazın işgəncələr verib. Qara dəniz Texniki Universitetinin (KTÜ) ayrı-ayrı fakultələrində təhsil alan Hasib H., Nurçin Ç. və Mihriban Y. adlı tələbələr Trabzon hava limanında işləyən Kübra T., bir sığorta firmasının işçisi olan Esra K. və onların yoldaşları Gülbahar B. ilə sosial şəbəkədə tanış olub. Qızları evlərinə dəvət edən canilər onları gözyaşardıcı qazla təsirsiz hala gətirib, döyməyə başlayıblar. Cinayətin üstünü açan polis qızları həbs edib.

Cinayətkarlardan Hasib H. ilə Mihraban. Y-ye ümumilikdə 10 il həbs cəzası verilib. Digər şübhəlilər Nurçin Ç., Esra K. və Kübra T. isə azadlığa buraxılıb.

İcmal.Az

RƏYLƏR