Telman İsmayılovun oğlunun lüks avtomobilinə həbs qoyulub

OXUNUB: 788 İQTİSADİYYAT

Məşhur azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxana məxsus lüks avtomobillərdən birinə həbs qoyulub.

 

 Həbs yerli şirkətlərdən birinin tələbi əsasında həyata keçirilib. Belə ki, S. İsmayılovun şirkətə 465 min lirə məbləğində borcu var.

 

T. İsmayılova məxsus "Mardan Palace" hotelinin baş direktoru Səlcuk Şəntəpə də faktı təsdiqləyib. Onun sözlərinə görə, İsmayılovlar ailəsi maliyyə çətinliyi ilə üzləşib. "Mardan Palace" rəsmisi əlavə edib ki, Türkiyə iqtisadiyyatına 1,5 mlrd. dollarlıq sərmayə yatıran bir şəxslə (Telman İsmayılovla - red.) bu cür rəftar yolverilməzdir: "O, avtomobilinin həbs olunması ilə diqqət mərkəzinə düşməyə layiq deyil". /apa

 

İcmal.Az

RƏYLƏR