“Təmiz təbiət, sağlam həyat: GƏNCLƏR ÜÇÜN KİTABÇA” layihəsi çərçivəsində ilk tədbir reallaşdı - FOTOLAR

OXUNUB: 456 QHT

13 mart 2019-cu il tarixdə Binəqədi Gənclər evində Yusifzadə Aytən Anar qızının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı "Təmiz təbiət, sağlam həyat: GƏNCLƏR ÜÇÜN KİTABÇA” layihəsi çərçivəsində ilk tədbiri baş tutub. Tədbirdə QHT və media rəhbərləri, tanınmış jurnalistlər, ekspertlər və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan layihə koordinatoru kitabça haqqında məlumat verib.

Daha sonra internet-media ekspert Səbuhi Abbasov çıxış edərək mövzunun bütün dünya üçün aktual olduğunu dedi.

Sonra tanınmış telejurnalist Telman İsa geniş məruzə ilə çıxış edərək gəncləri bu mövzuya müraciət etmələrini yüksək qiymətləndirib. Telman isa ekologiyanın müdafiəsinin ümumilli məsələ olduğunu deyib.

Tədbirin sonunda layihə çərçivəsində dərc edilən "Təmiz təbiət, sağlam həyat” adlı kitabça gənclərə təqdim edilib və müzakirələr çay süfrəsi arxasında davam edib.

Məumat üçün qeyd edək ki, Yusifzadə Aytən Anar qızının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı "Təmiz təbiət, sağlam həyat: GƏNCLƏR ÜÇÜN KİTABÇA” layihəsi 15 dekabr 2018-ci il tarixdən 15 mart 2019-cu il tarixlərində reallaşıb. Layihə çərçivəsində eyniadlı 40 səhifəlik kitabça çap edilərək gənclərə paylanılıb.

7NEWS.az













RƏYLƏR