Təmsilçimiz finala yüksəldi

OXUNUB: 944 İDMAN
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışı davam edir.

İcmal.Az Trend-ə istinadən bildirir ki, qadınlar arasında 3 m tramplindən tullanma yarışında təmsilçimiz Olqa Bıkovskaya seçmə mərhələdə 213.95 xal toplayaraq finala yüksəlib.

Həmçinin finala indoneziyalı Della Harimurti (205.75) və türkiyəli Sinem Sağlam (157.85) finala vəsiqə qazanıblar.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
İcmal.Az

RƏYLƏR