Ötən gün ölkədə cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

OXUNUB: 27 HADİSƏ

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 115 cinayət faktı qeydə alınıb, onların da 26-sı "isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən İcmal.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Məlumata görə, respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

 

İcmal.Az

RƏYLƏR