Təranə Məmmədova xüsusi medalla təltif edilib - FOTO

OXUNUB: 2382 GÜNDƏM SOSİAL
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri,  psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova fəaliyyətinə görə bu yaxınlarda mükafatlandırılıb.
 
7NEWS.az xəbər verir ki, Təranə Məmmədova Dağıstanın fəal qadınları yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki,  "Loqos” PNİM-nin baş psixoloqu Elmira Mirzəyeva və "Loqos”jurnalının baş redaktoru Rəhilə Gülgün Dağıstan Qadınlar Birliyinin 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak ediblər.

Mahaçqalanın Rus Dram Teatrında təşkil olunmuş tədbirə Rusiyanın bir çox əyalət və şəhərlərindən,eləcə də qonşu dövlətlərdən tanınmış qadınlar dəvət olunmuşdu.

RƏYLƏR