Tərtər sakini keçmiş qaynına ölümcül xəsarət yetirib

OXUNUB: 698 HADİSƏ

Tərtərdə сinayət hadisəsi baş verib.

 

Rayon sakini, 1990-cı il təvəllüdlü Tağı Mətləb oğlu Həsənov aralarında yaranmış mübahisə zəminində keçmiş qaynı, 1991-ci il təvəllüdlü Ruslan Ağalarova çoxsaylı bıçaq xəsarətləri yetirib. R. Ağalarov ağır vəziyyətdə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.

 

Hadisəni törədən T. Həsənov saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. /apa

 

 

İcmal.Az

RƏYLƏR