Tərtərdə inək yaşlı qadını vuraraq ona ağır xəsarət yetirib

OXUNUB: 459 HADİSƏ

Tərtər rayonunun Burunc kəndində 55 yaşlı qadını iribuynuzlu heyvan vurub.

Hadisə 1963-cü il təvəllüdlü kənd sakini Bayramova Kifayət Əli qızı şəxsi təsərrüfatında heyvanları yemləyərkən baş verib.

Qarın boşluğundan ciddi xəsarət alan yaralı yaxınlarının köməkliyi ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan qadın, daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilərək əməliyyat olunub. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər./report

 

İcmal.Az

RƏYLƏR