“Tesla” 1 milyondan çox avtomobili geri çağıracaq

OXUNUB: 240 Özəl DÜNYA
Elektrikli avtomobil istehsalçısı "Tesla”nın pəncərələrin çox tez bağlanması və insanların barmaqlarına zərər vermə ehtimalı səbəbindən ABŞ-da 1,1 milyon avtomobili geri çağıracağı bildirilir.

7NEWS.az xəbər verir ki, ABŞ-da səlahiyyətlilər tərəfindən mövzu ilə bağlı hazırlanan hesabat, nəqliyyat vasitələrində bir maneə aşkar edildikdə şüşələrin düzgün reaksiya vermədiyini göstərdi. Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi bunun təhlükəsizlik pozuntusu olduğunu bildirib. Buna görə də, pəncərələrin çox tez bağlanması və insanların barmaqlarına zərər vermə ehtimalı səbəbindən 1,1 milyon avtomobilin geri çağırılması qərara alınıb.


RƏYLƏR