Texniki baxışdan keçib, amma cərimə olundu - "Meyvəli"də verilən talonu kameralar tanımır? - FOTO

OXUNUB: 2216 Özəl Seçilmiş Önəmli
2020-ci ilə qədər texniki baxışı var

Daimi oxucumuz Taleh Qaffarov bildirir ki, idarə etdiyi 10-HR-110 qeydiyyat nişanlı "Lexus" markalı avtomobili idarə edərkən qanunsuz olaraq xüsusi texniki vasitə ilə ona protokol tərtib olunub. Sürücü sentyabrın 27-də Hava Limanı istiqamətində hərəkətdə olarkən onun barəsində guya texniki baxışdan keçmədiyinə görə elektron protokol tərtib olunub. Sürücü bildirir ki, qeyd olunan avtomobilin 2020-ci ilə qədər texniki baxışı var. Protokolun hansı səbəbdən tərtib olunduğu isə məlum deyil.
Sürücü qeyd edib ki, iyunun 5-də avtomobili Baş DYPİ-nin "Meyvəli”də yerləşən şöbəsində qeydiyyata qoyan zaman onun avtomobilinə 2020-ci ilin texniki baxış talonu veriblər. Buna görə də tərtib edilmiş protokol əsassız sayılır.
Ümid edirik ki, Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan məsələni nəzarətə götürərək sürücü barədə qanunsuz tərtib olunmuş protokola xitam verəcək.s/Avtosfer.az

İcmal.Az

 

RƏYLƏR