Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək “Airthings Masters” turnirinin qalibi olub

OXUNUB: 3406 İDMAN
Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən "Airthings Masters” turnirinin finalında erməni rəqibi Levon Aronyanı 4,5:2,5 hesabla məğlub edərək qalib olub.

7News.Az xəbər verir ki, şahmatçımız final mərhələsinin cavab matçında rəqibi L.Aronyanla birinci partiyada heç-heçə edib, ikinci partiyada qələbə qazanıb. Üçüncü partiyada daha bir heç-heçəyə imza atan şahmatçımız turnirdə birinci yeri tutub.

Qeyd edək ki, T.Rəcəbov dünən keçirilmiş birinci matçda rəqibinə 2,5:1,5 hesabla qalib gəlib.

Xatırladaq ki, "Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran şahmatçımız dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

RƏYLƏR