Təyyarə gölə düşüb

OXUNUB: 616 DÜNYA
Kiçik təyyarənin Kanadanın Manitoba ayələtində gölə çırpılması nəticəsində üç nəfər itkin düşüb. Hadisə bölgənin paytaxtı Winnipegdən təxminən 280 km şimal-şərqdə meydana gəlib. Şahidlərin sözlərinə görə, təyyarə ağaca çırpılıb və sonra suya düşüb. Təyyarədə üç nəfər olub. Qeyd edək ki, xilasedicilər təyyarənin dağıntılarını artıq aşkar ediblər. Təyyarədəki insanların axtarışı başlanılıb. Akvalanqçılar axtarışlara cəlb olunub.

RƏYLƏR