Təyyarə qəzası ilə bağlı Ukrayna və İran birgə istintaq aparacaq

OXUNUB: 5432 DÜNYA
Ukrayna və İran Xarici İşlər nazirləri Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğrama səbəbini müəyyənləşdirmək üçün istintaq qruplarının birgə əməkdaşlıq etməsi barədə razılığa gəliblər. Bu barədə Ukrayna Xarici İşlər naziri Vadim Pristayko "Twitter"də bildirib.

"İran Xarici İşlər naziri Cavad Zəriflə danışdım. Bir-birimizə başsağlığı verdik. Tehranda baş verən təyyarənin faciəvi şəkildə qəzaya uğrama səbəbini müəyyənləşdirmək üçün istintaq qruplarımızın işinin daha yaxından əlaqələndirilməsi barədə razılığa gəldik”, - deyə V. Pristayko qeyd edib.

Xatırladaq ki, göyərtəsində 170-dən çox sərnişin olan "Boeing 737” tipli təyyarə bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb. Təyyarə qəzasında 82 nəfər İran vətəndaşı, 63 nəfər Kanada vətəndaşı, 11 nəfər Ukrayna vətəndaşı (2 sərnişin və 9 ekipaj üzvü), 10 nəfər İsveç vətəndaşı, 4 nəfər Əfqanıstan vətəndaşı, 3 nəfər Almaniya vətəndaşı və 3 nəfər Böyük Britaniya vətəndaşı həyatını itirib. 

RƏYLƏR