Təyyarənin qəzaya uğradığı anlar – Video

OXUNUB: 637 DÜNYA

Meksikada Duranqo şəhərində qəzaya uğrayan avialaynerin sərnişinlərindən biri tərəfindən çəkilmiş görüntülər yayılıb.

İcmal.Az Publika.az-a istinadən xəbər verir ki, videoçarx yutubda dərc edilib.

Kadrlardan görünür ki, çəkiliş qəza anında aparılıb.

Qeyd edək ki, "Aeromexico” şirkətinə məxsus "Embraer 190” təyyarəsi ötən gün qəzaya uğrayıb. Təyyarədə 99 sərnişin və ekipajın dörd üzvü olub. Hadisə nəticəsində ölən olmayıb, zərərçəkənlərin çoxu isə artıq xəstəxanalardan evə buraxılıblar.

Hakimiyyət qəzanın mümkün səbəbi kimi güclü küləyi göstərib.

 

RƏYLƏR