"The Guardian" və "Washington Post"un Azərbaycanı "vurmasının" səbəbi: " Hakimiyyət onların istəyini rədd edib"

OXUNUB: 776 SİYASƏT

Amerika prezidenti Donald Trampın bəzən "qlobal media”, bəzən də "beynəlxalq KİV” adlandırılan qəzet, televiziya və agentliklərin saxta informasiya yaymaq üzrə ixtisaslaşmaları haqda açıqlamalarını yəqin xatırlayanlar var. Cənab Tramp bununla əslində Amerika kəşf etmirdi, Amerikada və bir çox başqa qərb ölkələrində qlobal media funksiyasını yerinə yetirənlərlə bağlı reallığı dilə gətirirdi. Bu cür media qurumlarının əksəriyyəti çirkin işlərlərə uğraşan, Soros kimi qlobal dələduzların yer aldığı çevrələrə bağlıdırlar və onların sifarişlərini yerinə yetirirlər ki, onu da indi bilməyən yoxdur .


Ona görə də bu qəbildən olan mediada, məsələn, "Washington Post” , The Guardian” və digərlərində Azərbaycanla bağlı mənfi yazılar oxuyanda ikili hiss keçirirəm. Təbii ki, özün haqda böhtan səndə müəyyən narazılıq yaratdığı kimi, bir parçası olduğun məmləkətin haqda böhtan da o cür reaksiya doğurur. Ancaq eyni zamanda buna sevinirəm də. Ona görə sevinirəm ki, demək, Azərbaycan hakimiyyəti milli maraqları əsas götürərək həmin mənfur çevrələrin yenə də hansısa istəklərini rədd edib.


Əgər nəzər alasaq ki, son günlər başladılan qarayaxma kampaniyasına xeyli sayda qlobal çirkab maşını qoşulub, demək, bütün bunlar bir mərkəzdən yönləndirilir. O mərkəzdən ki, öz maraqlarından başqa maraq tanımır. Həmin maraqlar reallaşanda bunun nəyə aparıb çıxardığını isə biz indi xaos girdabında çapalayan bir çox ölkələrin təcrübəsində görürük.
Onu da görürük ki, həmən medianın sülh göyərçini kimi təqdim edib, Nobel Sülh ödülü verdirib Myanmarın prezidenti seçdirdiyi Aung San Suu Kyi indi minlərlə müsəlmanı orada necə öldürtdürür. 


Maraqlıdır, görəsən həmən "Washington Post” və digər çirkab maşınları nədən Myanmarda məhv edilən on minlərin deyil də, bizdə konkret cinayətlərdə suçlandırlan bir neçə adamın "qayğı”sına qalır, bunu qlobal problem kimi təqdim etməyə çalışırlar?/A24.az

İcmal.Az

RƏYLƏR