"Tı super! Tansı"nın səhnəsində Sevda Fətullayevadan Şərq rəqsi – VİDEO

OXUNUB: 840 ŞOU-BİZNES

Rusiyanın NTV-də yayımlanan  "Tı super" Tansı" müsabiqəsində yarışan azərbaycanlı iştirakçısı Sevda Fətullayeva layihənin ikinci tura çıxa bilməyib.

İcmal.Az sputnik.ə istinadən xəbər verir ki, layihənin böyük səhnəsində azərbaycanlı iştirakçı məşhur türk müğənnisi Tarkanın mahnısının sədaları altında Şərq rəqsini ifa edib. Nömrə oriental və plastika elementləri ilə zəngin olub.

Münsiflər — xoreoqraf və quruluşçu rejissor Yeqor Drujinin, balerina və Moskvanın Böyük teatrının solisti Kristina Kretova, xoreoqraf Yevgeni Papunaişvili və aktrisa Anastasiya Zavorotnyuk Sevdanı növbəti layihələrdə görməyə ümid etdiklərini bildiriblər.

Azərbaycanı bu genişmiqyaslı layihədə həmçinin İlkin Hüseynov-Sevinc Behbudova rəqs cütlüyü və Abbasqulu Səfərov təmsil edir.

İcmal.Az

RƏYLƏR