Tibb bacısı xəstə uşağı yumruqladı - VİDEO

OXUNUB: 945 DÜNYA

Sinirlənmiş, qorxmuş valideynlər monitorda görüntülərə çarəsizcəsinə baxırdılar. Onların evdə xəstə uşaqlarına qulluq etməsi üçün xəstəxanadan çağırdıqları tibb bacısı körpəni qəddarcasına vururdu.

Yumruqlayırdı, sonra da ürəyi soyumayıb uşağı arabasından götürüb çırpırdı.

Kris və Dyanna Kolar ABŞ-ın Los-Anceles şəhərində yaşayırlar. Onların 2 yaşlı oğulları Landon ağır xəstəlik olan Rubinşteyn-Taybi sindromuna mübtəladır.

Dayə də bu xəstə uşağı döyüb, ona əzab verib.

Evdəki videomüşahidə kameraları vasitəsilə çəkilmiş bu görüntüləri görən kimi Kolar polisə zəng vurublar.

Qəddar tibb bacısı həbs olunub.

 

Kris və Dyanna Koların eddiklərinə görə, onlar tibb bacısı ilə yanaşı, bu qadının çalışdığı şirkəti də məhkəməyə verəcəklər.

Rubinşteyn-Taybi xəstəsi olan balaca Landon xüsusi borucuq vasitəsilə qida qəbul edir. O, verbal deyil, bir gözü kordur və sutkaboyu yardıma ehtiyacı var./milli

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tibb bacısı xəstə uşağı yumruqladı

RƏYLƏR