Tibb Universitetinin tələbəsi 4-cü mərtəbədən yıxılaraq ölüb – FOTO

OXUNUB: 689 HADİSƏ

Abşeron rayonunun Xırdalan şəhərində bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Xırdalan şəhəri, 26-cı məhəllədəki binalardan birində yaşayan 1993-cü il təvəllüdlü İsmayılzadə Nuranə İsmayıl qızı evin pəncərəsini silərkən 4-cü mərtəbədən yerə yıxılıb.

Nəticədə ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Yaralı orada dünyasını dəyişib.

Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olan N.İsmayılzadə nişanlı olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır./report

İcmal.Az

 


RƏYLƏR