Ticarət mərkəzində baş verən verən yanğında 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənib

OXUNUB: 866 GÜNDƏM AZƏRBAYCAN HADİSƏ
"Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerində 6 nəfərə yerində yardım göstərilib.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

***

09:57

"Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub".

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Saat 09:50-yə olan məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

***

09:24

"Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub".

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.

RƏYLƏR