Ticarət mərkəzində dəhşət: intihar edən qız mühafizəçinin üstünə düşdü - VİDEO - FOTO

OXUNUB: 831 DÜNYA

Alış-veriş mərkəzinin 13-cü mərtəbəsindən özünü atan qız mühafizəçinin üstünə düşüb.

İntihar edən qızı xilas etməyə çalışan mühafizəçi hadisə yerindəcə keçinib.

Li Guowu adlı mühafizəçi qadın intihar edərkən vəzifə başında olub. O, səs-küyü eşitdikdə ümidsizcəsinə qızı fikrindən daşındırmağa çalışıb. Lakin qız ona əhəmiyyət verməyib və özünü 13-cü mərtəbədən atıb. O, qızı tutmağa çalışarkən qız onun üzərinə düşüb. Nəticədə qız və mühafizəçi ölüblər.

Çinin Shaanxi vilayətindəki ticarət mərkəzində baş verən qorxulu anlar mağazaların təhlükəsizlik kamerasına düşüb.

Əvvəllər hərbi qulluqçu olan Li ölümündən sonra medalla təltif olunub. 

 

Qeyd edək ki, Li-nin 6 yaşlı övladı var./milli

İcmal.Az


Ticarət mərkəzində dəhşət: intihar edən qız mühafizəçinin üstünə düşdü - VİDEO - FOTO

Ticarət mərkəzində dəhşət - İntihar edən qız mühafizəçinin üstünə düşdü

RƏYLƏR