Ticarət mərkəzində şok anlar: Azyaşlı qız eskalatora ilişdi - VİDEO

OXUNUB: 647 DÜNYA

Qazaxıstanın Astana şəhərində yerləşən ticarət mərkəzində 2 yaşlı qız uşağı eskalatorda ilişib.

Mayın 22-də baş verən hadisə zamanı uşağın çığırtısını eşidən insanlar dərhal köməyə qaçıblar. Onlar hərəkətdə olan ekslatoru əlləri ilə saxlayaraq, daha böyük faciənin baş verməsinin qarşısını alıblar. Zərərçəkəni çətinliklə də olsa, xilas etmək mümkün olub.

Hadisə yerinə çağırılan təcili tibbi yardım uşağa ilkin yardım göstərdikdən sonra onu şəhər xəstəxanasına aparıb.

Hazırda qızın vəziyyətinin yaxşı olduğu bildirilir. Əlləri gipsə qoyulan uşaq ambulator müalicəyə göndərilib./Yenicag.az

İcmal.Az

RƏYLƏR