Tillerson ABŞ-ın KXDR-lə danışıqlara hazır olduğunu bəyan edib

OXUNUB: 555 DÜNYA

ABŞ Şimali Koreya ilə ilkin şərtsiz nüvə problemi ilə bağlı danışıqlara başlamağa hazırdır.

İcmal.Az xəbər verir ki, APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bildirib. Onun sözlərinə görə, bu cür görüşdə problemin həlli üzrə "yol xəritəsi”nin  tərtib edilməsi mümkündür.

"Danışıqlar nə vaxt başlaya bilər? Biz öz tərəfimizdən danışıqlara hazır olduğumuzu bəyan edirik. Biz birinci görüşü ilkin şərtsiz keçirməyə hazırıq. Gəlin, görüşək və istəyirsinizsə, hava şəraitindən danışaq”, - deyə Tillerson Vaşinqtonda Atlantik Şurada çıxışı zamanı bildirib.   

"Masa arxasında üz-üzə əyləşə bilərdik. Daha sonra isə işləmək istədiyimiz istiqamətlər üzrə "yol xəritəsi”ni hazırlaya bilərdik”, - deyə dövlət katibi əlavə edib.  

İcmal.Az

RƏYLƏR