Tillerson iki dövləti İrana qarşı birləşməyə çağırdı

OXUNUB: 904 SİYASƏT

ABŞ-ın dövlət katibi Reks Tillerson Səudiyyə Ərəbistanı və İraq hökumətlərini İranın "artan inadı”nın qarşısını almaq üçün səylərini birləşdirməyə çağırıb, həmçinin digər ölkələrin Tehranla ticarət əlaqələrini kəsməsinin vacibliyini qeyd edib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, bunu o, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr ilə görüşü zamanı deyib.

"Biz əminik ki, bu, İranın İraq daxilindəki təsirinin qarşısını müəyyən dərəcədə almağa imkan verəcək”, - deyə Tillerson bildirib.

O, həmçinin İran hakimiyyətini könüllülərini İraq ərazisindən çıxarmağa çağırıb.

İcmal.Az

RƏYLƏR