Tillerson: Tramp və Putin arasında pozitiv kimya yaranıb

OXUNUB: 742 DÜNYA

ABŞ və Rusiya prezidentləri arasında ilk görüş zamanı pozitiv kimya yaranıb.

Bu barədə jurnalistlərə ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

"Prezidentlər arasında danışıqlar çox konstruktiv olub. Hər iki lider qısa zaman ərzində bir-biri ilə dil tapdılar. Aşkardır kı, Tramp və Putin arasında pozitiv kimya yaranıb”, - deyə R.Tillerson bildirib. 

Qeyd edək ki, bu gün Almaniyanın Hamburq şəhərində, "G-20” zirvə toplantısı çərçivəsində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçirilib./apa

 İcmal.Az


RƏYLƏR