Timsahı ilandan belə xilas etdi - VİDEO

OXUNUB: 690 DÜNYA

ABŞ-da bir kişinin pitonla alliqatorun (Amerika timsahı) ölüm-dirim mübarizəsinə müdaxiləsini əks etdirən video sosial şəbəkələrdə geniş yayılmaqdadır.

İcmal.Az xəbər verir ki, bu haqda "Ren TV” məlumat yayıb.

İnsident Florida ştatının milli parkında baş verib.

İlanların ovu üzrə mütəxəssis olan həmin şəxs kiçik alliqatora sarılan pitonu sahilə çıxarır. Sərbəst buraxılan timsah dərhal gecənin zülmətində yaşıllıq arasında yoxa çıxır.

İlan ovçusu bunun son bir il ərzində pitondan xilas etdiyi üçüncü timsah olduğunu əmin edir.

İcmal.Az

RƏYLƏR